Dünyanın ən zəngin adamı olan "Amazon" şirkətinin prezidenti Cef Bezos həyat yoldaşı Makkenzi Bezosdan boşanır.

Open.az "TMZ"yə istinadən xəbər verir ki, cütlüyün boşanma prosesi Vaşinqtonda baş tutacaq və nikah müqaviləsi olmadığı təqdirdə, ortaq şəkildə alınan bütün əmlak ər-arvad arasında bərabər bölünəcək.

Nəşrin məlumatına görə, əmlakın bölünməsi çətin olacaq. Çünki nağd puldan əlavə, cütlük 400 min hektara qədər torpağa sahibdir və onlar ABŞ-da ikinci ən böyük torpaq sahibidir. Torpağın dəyərini qiymətləndirmək çətindir.

Qeyd edək ki, cütlük 1993-cü ildən nikahda olub və 3 oğul övlad böyüdüblər. Onlar boşanmaları barədə rəsmi məlumatı yanvarın 9-da açıqlayıblar.

Gülnar Qafarlı