Dünəndən etibarən sosial şəbəkələrdə Qala divarlarının zədələnməsi ilə bağlı məlumat və fotolar yayımlanır. Məlumatlarda Qala divarları ərazisində yenidənqurma adı ilə tikinti işlərinin aparıldığı qeyd edilir.

Məsələ ilə bağlı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsindən Open.az-a bildirilib ki, sosial şəbəkələrdə yayımlanan fotoların hazırda ərazidə görülən işləri əks etdirmir: "Həmin fotoşəkil noyabr ayında çəkilib və orada görünən kərpic və digər materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyil. Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Hər hansı yenidənqurma işlərinin Qala divarlarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmir. Yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb. Ərazidə mövcud olan restoranlar artıq uzun illərdir ki, fəaliyyət göstərir. Bu layihədə məqsəd onları yeniləmək və daha da keyfiyyətli tikili ərsəyə gətirməkdir. Qoruq idarəsi Qala divarlarının bir hissəsini son illərdə bərpa edib və onların dayanıqlığı möhkəmləndirilib.”

Sosial şəbəkələrdə yayılan həmin fotoları təqdim edirik:

Həmin fotoşəkil noyabr ayında çəkilib

Həmin fotoşəkil noyabr ayında çəkilib


Şəfiqə Nazimqızı