Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi münasibəti ilə oktyabrın 23-ü Azərbaycan Dövlət Akademik Filarmoniyasında yubiley tədbiri keçiriləcək.

Bu barədə Open.az-a açıqlama verən görkəmli kaman ustası Mirnazim Əsədullayev məlumat verib.

Onun sözlərinə görə, yubiley münasibəti ilə xalq artistinin I Fəxri Xiyabandakı məzarüstü abidəsi yenilənəcək.

Qeyd edək ki, bu il fevralın 22-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Ülviyyə Həsənqızı