Əməkdar rəssam, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin Tbilisi şəhərində fərdi sərgisi açılacaq.

Bu barədə Open.az-a özəl açıqlama verən Rais Rəsulzadə bildirib ki, sərgi açmaq təşəbbüsünü Gürcüstan tərəfi irəli sürüb.: "İnşallah, Tiflisdə fərdi sərgimin açılışı olacaq. Bu barədə təklif almışam. Sərginin açılışı sentyabr-oktyabr aylarına təsadüf edəcək".

Xatırladaq ki, 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı Fəxri adına layiq görülən Rais Rəsulzadənin 800-dən əsəri var.

Əməkdar rəssamın əsərləri Azərbaycanla yanaşı, digər ölkələrin rəsm qalareyalarında qorunub saxlanılır.

Ülviyyə Həsənqızı