Tanınmış türk müğənnisi Gülben Ergen yeni mahnısını və mahnıya çəkilən klipini izləyicilərə təqdim edib.

Open.az xəbər verir ki, sözləri və musiqisi Sezen Aksuya aid olan mahnı "Bu benim hikayem" adlanır.

Gülben Ergenin yeni klipinin videosu trend videoları arasında 3-cü yerdə qərarlaşıb. Ayrıca mahnı və klipdən savayı, müğənninin etdiyi fotosessiya da izləyicilərə təqdim edilib.

Klipdən fərqli olaraq, Gülbenin fotolarını izləyicilərinın bir çoxu bəyənməyib. Fotolarda çox sayda Photoshop olduğunu bildiriblər.

Son günlərin ən çox paylaşılan klipi olan "Bu benim hikayem"ə görə Gülben Ergen Sezen Aksuya təşəkkür edib və

"Məncə eşqi də ayrılığı da Sezen Aksudan gözəl anlatan biri ola bilməz" deyib.

Ülviyyə Həsənqızı

Gülben Ergen :  Eşqi də ayrılığı da ən gözəl anlatan Sezen Aksudur

Gülben Ergen :  Eşqi də ayrılığı da ən gözəl anlatan Sezen Aksudur

Gülben Ergen :  Eşqi də ayrılığı da ən gözəl anlatan Sezen Aksudur