Yanvarın 28-də Akademik Milli Dram Teatrında görkəmli səhnə xadimi, Əməkdar artist Səməndər Rzayevin 75 illik yubileyinə həsr olunmuş fotosərgi keçiriləcək və foyedən təşkil edilən sərgiyə baxışdan sonra böyük sənətkarın şərəfinə C.Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşasının nümayişi olacaq.

Open.az xəbər verir ki, yanvarın 2-si görkəmli sənətkar, mərhum Səməndər Rzayevin 75 yaşı tamam olub.

Bu münasibətlə bir zamanlar çalışdığı doğma Teatrda Səməndər Rzayevin xatirəsi yad ediləcək.

Qeyd edək ki, Səməndər Rzayev 1945-ci ildə Ağsuda anadan olub. Qısa ömür payı olan sənətkar, Azərbaycan teatrı və kinosunda olduqca böyük işlər görüb, silinməz iz qoyub.

Ülviyyə Həsənqızı

Görkəmli sənətkar Səməndər Rzayev yad ediləcək

Görkəmli sənətkar Səməndər Rzayev yad ediləcəkGörkəmli sənətkar Səməndər Rzayev yad ediləcək

Görkəmli sənətkar Səməndər Rzayev yad ediləcək