Avqustun 5-də vəfat edən Türk teatrı və kinosunun görkəmli sənətkarı Üstün Asutay, ötən gün torpağa tapşırılıb.

Open.az xəbər verir ki, 82 yaşlı sənətkar Bakırköy məzarlığında dəfn edilib.

Xatırladaq ki, şəkərli diabet və ürək və böyrək çatışmazlığından əziyyət çəkən mərhum aktyor, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Üstün Asutay 1938-ci ildə İstanbulda doğulub. Gələcəyin sənətkarı olan Üstün Asutay 7 yaşından teatr aləmi ilə tanış olub və bu tanışlıq ömür boyu davam edib.

Üstün Asutayı Azərbaycan tamaşaçıları 1993-cü ildə TRT ekranında nümayiş olunan "Bizim Mahalle" serialında ifa etdiyi Nizamettin obrazı ilə tanıyıblar.

Ülviyyə Həsənqızı

Görkəmli sənətkar dəfn edilib-FOTO

Görkəmli sənətkar dəfn edilib-FOTO

Görkəmli sənətkar dəfn edilib-FOTO

Görkəmli sənətkar dəfn edilib-FOTO