Ötən gün Rusiyanın görkəmli teatr və kino rejissoru, SSRİ Xalq artisti Mark Zaxarovun məzarüstü abidəsinin açılışı olub.

Open.az xəbər verir ki, məzarüstü abidənin açılışında Mark Zaxarovun 46 il Bədii rəhbər olduğu və hazırda mərhum rejissorun adını daşıyan "Lenkom" Teatrının yaradıcı kollektivi və görkəmli rejissorun sənət dostları iştirak ediblər.

Novodeviçye qəbiristanlığında ucaldılan məzarüstü abidənin müəllifi, heykəltəraş Aleksandr Rukavişnikovdur.

Görkəmli rejissorun məzarüstü abidəsinin açılışı olub

Bürünc və təbii daşlardan yonulmuş monumental abidənin hər iki tərəfində səhnə pərdəsi, mərkəzdə isə xaç təsvir edilib.

Abidənin müəllifi Aleksandr Rukavişnikov yaratdığı əsər vasitəsilə Mark Zaxarovun xarakterik cizgilərini əks etdirdiyini bildirib.

Xatırladaq ki, mərhum rejissor Mark Zaxarov 1933-cü il oktyabrın 13-də Moskvada anadan olub.

85 illik mənalı ömür yaşayan görkəmli rejissorun yaratdığı sənət nümunələri Rusiyanın teatr və kino tarixinə qızıl hərflərlə həkk olunub.

2019-cu il sentyabrın 28-də ikitərəfli ağciyər pnevmoniyasından dünyasını dəyişən Mark Zaxarov, Novodeviçye məzarlığında sənət dostları, SSRİ Xalq artistləri Georgi Daneliya, Oleq Tabakov və Qalina Volçeklə yanaşı dəfn edilib.

Vəfatından sonra 46 Bədii rəhbər olduğu "Lenkom" Teatrı, "Mark Zaxarov adına Lenkom" adlandırılıb.

Ülviyyə Həsənqızı

Görkəmli rejissorun məzarüstü abidəsinin açılışı olubGörkəmli rejissorun məzarüstü abidəsinin açılışı olubGörkəmli rejissorun məzarüstü abidəsinin açılışı olubGörkəmli rejissorun məzarüstü abidəsinin açılışı olubGörkəmli rejissorun məzarüstü abidəsinin açılışı olubGörkəmli rejissorun məzarüstü abidəsinin açılışı olubGörkəmli rejissorun məzarüstü abidəsinin açılışı olubGörkəmli rejissorun məzarüstü abidəsinin açılışı olub