Rusiyanın görkəmli rejissoru, "Lenkom" Teatrının Bədii rəhbəri Mark Zaxarov ötən gün xəstəxanaya yerləşdirilib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, 85 yaşlı görkəmli rejissorun vəziyyətini ağır qiymətləndirən həkimlər, Mark Zaxarovun müalicə və müayinəsini reanimasiya şöbəsində aparırlar.

Hazırda vəziyyəti orta ağır olan rejissora ikitərəfli ağciyər iltihabı diaqnozu qoyulub.

Xatırladaq ki, Mark Zaxarov 35 ildir Rusiyanın məşhur "Lenkom" Teatrına rəhbərlik edir.

Mark Zaxarov qüdrətli teatr rejissoru və bədii rəhbər olmaqla yanaşı, "12 stul", "Həmin o Münhauzen", "Adi möcüzə" və.s. bədii filmlərin quruluşçu rejissorudur.

Ülviyyə Həsənqızı