SSRİ Xalq artisti, Sankt-Peterburqun Fəxri vətəndaşı, Marinski Teatrının solisti İrina Boqaçova vəfat edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, dünya şöhrətli müğənni ilə vida mərasimi sentyabrın 23-də Marinski Teatrında olacaq.

1939-cu ildə anadan olan İrina Boqaçova 1965-ci ildə Sankt-Peterburqda N.A.Rimski-Korsakov adına Konservatoriyanı bitirib.

Ömrünün 50 ilindən çoxunu sənətə həsr edən görkəmli vokalçı, Marinski Teatrının səhnəsində nümayiş edilən operalarda əsas partiyaları ifa edib.

Nüfuzlu "Qızıl maska" və "Qızıl sofit" mükafatlarının sahibi olan dünya şöhrətli müğənni, opera səhnəsinin unudulmaz Priması olub.

Ülviyyə Həsənqızı