Oktyabrın 9-u Azərbaycanın tanınmış kinooperatoru, əməkdar incəsənət xadimi, Avropa Kino Akademiyasının üzvü Kənan Məmmədovun doğum günüdür.

Open.az xəbər verir ki, bu gün görkəmli kinooperatorun 73 yaşı tamam olur.

Hazırda Kanadada yaşayan Kənan Məmmədov tez-tez Bakıya gəlir. Doğma şəhərində yaşayan əzizlərinə, dostlarına baş çəkir.

Uzaq Kanadada Azərbaycanın bir parçası olan, Azərbaycan kinosunun tarixində unudulmaz filmləri ilə iz qoyan, hər zaman yadda qalan Kənan Məmmədova yeni yaşında can sağlığı, uğurlar diləyirik.

Ülviyyə Həsənqızı