Azərbaycanın görkəmli caz bəstəkarı, Xalq artisti Salman Qəmbərovun 60 illik yubileyi qeyd edilib.

Open.az xəbər verir ki, görkəmli cazmenin 60 illik yubileyi münasibətilə Rəşid Behbudov adına Mahnı Teatrında tədbir keçirilib.

Tədbirdə yubilyarı təbrik etmək üçün dostları, musiqiçi həmkarları yığışaraq Salman Qəmbərova musiqi ziyafəti yaşadıblar.

60 yaşlı yubilyar Salman Qəmbərov da sənət dostlarına qoşularaq, maraqlı kompozisiyalar, caz musiqiləri ilə qonaqlarını sevindirib.

Xatırladaq ki, Salman Qəmbərov 1959-cu il aprelin 18-də Bakıda anadan olub.

Simfoniya, Simli kvartet üçün Dilogiya, Skripka və piano üçün "Buta" instrumental Fantaziyası, Səs, nağara və piano üçün "Şərq ya Qərb" Süitası, teatr tamaşaları və filmlərə yazdığı musiqilər Salman Qəmbərova sənət şöhrəti qazandırıb.

Salman Qəmbərov 2018-ci ildə Xalq artisti, 2019-cu il mayın 10-da isə Prezident Mükafatına layiq görülüb.

Ülviyyə Həsənqızı