Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Bu çətin dönəmdə “görünməyən qəhrəmanlar” adlandırılan bir çox peşə sahibləri kimi, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin də əməyi danılmazdır. Çünki bu peşə sahibləri də öz sağlamlığını təhlükə altına ataraq virusla mübarizə aparanlarla çiyin-çiyinə əzmlə çalışaraq əhalini məlumatlandırmağa çalışırlar.

AZƏRTAC xəbər verir ki, “Gilavar” Azərbaycan Foto Klubu KİV nümayəndələrinin pandemiya dövründə fəaliyyətini əks etdirən virtual fotosərgi hazırlayıb. Sərgidə adi və sərt karantin günlərində yalnız iş başında olan media nümayəndələrinin fotoları sərgilənir. Virtual sərgidə 5 mətbuat katibi, 19 jurnalist, 19 fotoqraf və 12 videooperatorun 55 şəxsi fotosu yer alıb.

Bu keçidlərə daxil olmaqla virtual sərgini ziyarət etmək, sərgilənən fotolara baxmaq və yaxud video formatda seyr etmək mümkündür:

https://www.artsteps.com/view/5e9ab18308293b32ee67c5e8,

Qeyd edək ki, “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan “Gilavar” Azərbaycan Foto Klubunun hazırladığı “Koronavirus” adlanan ilk virtual sərgidə 19 azərbaycanlı fotoqrafın pandemiya dövründə çəkdiyi 56 foto sərgilənib. Sərgiyə olan maraq nəzərə alınaraq layihənin davamı kimi “Koronavirus 2” virtual sərgisi ərsəyə gətirilib.

Ümumiyyətlə, bu virtual sərginin yaradılmasında məqsəd heç bir çətinliyə baxmayaraq, xəstəlik riskini göz önünə alaraq, kadr arxasında qalaraq peşə fəaliyyətini davam etdirən insanları cəmiyyətə tanıtdırmaqdır. Eyni zamanda, həmin insanların zəhmətlərinə cüzi də olsa dəyər və dəstək verməkdir.

“Gilavar” Azərbaycan Foto Klubu “Koronavirus 2” virtual fotosərgisini hazırlayıb

“Gilavar” Azərbaycan Foto Klubu “Koronavirus 2” virtual fotosərgisini hazırlayıb