Fevralın 3-də Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "Baku Book Center”də Gənclər Gününə həsr olunmuş gənc rəssamların “Axın” adlı qrup sərgisi açılacaq.

Open.az xəbər verir ki, sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etmək məqsədi ilə təşkil olunacaq.

Sərgidə 30-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunacaq.

Tədbirin sonunda rəssamlar diplomla təltif ediləcək.