Gəncə Dövlət Dram Teatrı Ukraynanın Kamenskoye şəhərində keçiriləcək "Klassiklər bu gün" adlı Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Open.az xəbər verir ki, Beynəlxalq Teatr Festivalı mayın 17-dən 24-dək keçiriləcək.

Ukrayna, Litva, Polşa, Gürcüstan, Türkiyə ABŞ-nın iştirak edəcəyi Beynəlxalq Festivalda Azərbaycan teatrının iştirakı təqdirəlayiq hadisədir.

Gəncə Dövlət Dram Teatrı Festivalda Nodar Dumbadzenin "Hellados" tamaşasını nümayiş etdirəcək.

Tamaşanın quruluşu Gəncə Teatrının baş rejissoru İradə Gözəlovaya aiddir.

Gəncə Teatrının tamaşası mayın 23-də təqdim olunacaq.

Xatırladaq ki, "Hellados" tamaşası aprelin 13-dən 28-dək Türkiyənin Adana Konya şəhərlərində keçirilən "Dövlət Teatrlarının Festivalı" və "Adana Teatr Festivalı"nda uğurla nümayiş olunub.

Ülviyyə Həsənqızı