Rusiyanın Əməkdar artisti, Tatarıstanın Xalq artisti, Kazan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Aleksandr Kupsov vəfat edib.

Open.az xəbər verir ki, 64 yaşlı aktyor ötən gün "Balaca şahzadə" tamaşasından sonra, kulisdə dünyasını dəyişib.

Aktyorun ölüm səbəbi açıqlanmayıb.

Tanınmış aktyorla vida mərasimi noyabrın 9-da olacaq.

Qeyd edək ki, Aleksandr Kupsov 1955-ci il fevralın 25-də Kazanda anadan olub. 1979-cu ildən Kazan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Mərhum aktyor teatrda ifa etdiyi onlarla obrazlarla yanaşı bədii filmlər və seriallarda da çəkilib.

Xatırladaq ki, aktyorun səhnədə dünyasını dəyişməsi halı Kazan Dövlət GTT-da ilk dəfə deyil. Ötən ay Teatrın digər aktyoru, Tatarıstanın Əməkdar artisti Arseni Kurçenkov da tamaşadan sonra kulisdə vəfat etmişdi.

Ülviyyə Həsənqızı

Gənc Tamaşaçılar Teatrının aktyoru tamaşadan sonra vəfat edib