Yanvarın 18-19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Anarın “Şəhərin qış gecələri” tamaşasının premyerası olacaq.

Open.az xəbər verir ki, ötən gün Teatrda tamaşanın daxili baxışı olub. Tamaşadan sonra pyesin müəllifi, Xalq yazıçısı Anar yaradıcı heyətlə görüşüb, xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.

Əsər 20 yanvar faciəsinin 30 illiyinə həsr olunub.

“Şəhərin qış gecələri”ndə obrazları Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov ifa edəcəklər.

Xatırladaq ki, tamaşanın ilk nümayişi yanvarın 18-i saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Ülviyyə Həsənqızı

Gənc Tamaşaçılar Teatrında “Şəhərin qış gecələri” tamaşasının premyerası olacaqGənc Tamaşaçılar Teatrında “Şəhərin qış gecələri” tamaşasının premyerası olacaq

Gənc Tamaşaçılar Teatrında “Şəhərin qış gecələri” tamaşasının premyerası olacaq