İyunun 8-də Səməd Vurğun Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında yeni tamaşanın premyerası baş turdu.

Open.az xəbər verir ki, tanınmış fransız dramaturqu Patrik Bessonun "Heyvanların dialoqu" və "Taksi sürücüsü" pyesləri əsasında hazırlanan "Tənhalıq komediyası" əsəri , Əməkdar artist Fuad Osmanovun 55 illik yubileyi münasibətilə tamaşaçılara təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist, yubilyar Fuad Osmanovdur.

Özünü ilk dəfə rejissor kimi sınayan Əməkdar artistə sənət dostları -xalq artisti Səfa Mirzəhəsənov, aktyorlar Oleq Əmirbəyov, Murad Məmmədov, Ramil Əliyev, Elmar Ələkbərov və Həcər Ağayeva yaxından kömək ediblər.

Xatırladaq ki, Əməkdar artist Fuad Osmanovun 55 illik yubileyinə həsr olunan tamaşanın hazırlanmasında Xalq artisti, Akademik Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskinin yaxından iştirak edib.

Komediyanın səhnə tərtibatını əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov, geyimləri Olqa Abbasova aiddir. Rəqs səhnələrinə Həcər Ağayeva quruluş verib. Tamaşanın musiqi tərtibatı Teymur Abdullayevə məxsusdur.

Anşlaqla keçən tamaşanın sonunda Fuad Osmanovu 55 illik yubileyi təbrik olunub, dostları yubilyarı gül-çiçək "yağışına" qərq ediblər.

Ülviyyə Həsənqızı