Amerikanın tanınmış kino prodüsseri "Sağ qalmış" "Vavilon" kimi Oskar mükafatına layiq görülən məşhur filmlərin yaradıcılarından biri Stiv Qolin vəfat edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 64 yaşlı Stiv Qolin uzun illər onkoloji xəstəlikdən əziyyət çəkib.

Stiv Qolinin iştirakı ilə 80-dən çox film çəkilib. Son illərdə çəkilən iki filmi "Qızıl Qlobus", 2015-ci ildə ekranlara çıxan "Sağ qalmış" filmi isə 3 nominasiyada Oskar kino mükafatına layiq görülüb.

Ülviyyə Həsənqızı