Türk pop musiqisinin tanınmış nümayəndəsi, bas gitara ifaçısı İsmail Soyberk vəfat edib.

Open.az xəbər verir ki, 67 yaşlı musiqiçinin ölüm xəbəri musiqi dünyasında hüznlə qarşılanıb. Sıla, İskender Paydaş, Hüseyin Turan kimi tanınmış simalar mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, 1980-90-cı illərdə çox məşhur olan musiqiçi 1954-cü ildə İstanbulda doğulub.

1977-ci ildən musiqi sənəti ilə məşğul olmağa başlayıb. Sezen Aksu, Joan Baez, Əzizə Mustafazadə, Erkan Oğur, Hasan Cihat Örter, Eşref Ziya və daha neçə-neçə məşhur sima ilə çalışıb.

Mərhum musiqiçi 1978-1980-ci illərdə "Grup Evrim"qrupunda bas gitara çalmaqla yanaşı mahnılar da ifa edib.

Ülviyyə Həsənqızı

Məşhur musiqiçi vəfat edib