ABŞ-ın İsraildəki səfirliyi Tel-Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi zamanı terror hücum törədilə biləcəyi barədə xəbərdarlıq edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə səfirliyin saytında xəbərdarlıq yerləşdirilib.

ABŞ-ın diplomatik missiyasından bildirilib ki, törədiləcək terror aktları Tel-Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə üst-üstə düşə bilər.

Məlumatda terror qruplaşmalarının hücum üçün ABŞ-ın Qüdsdə səfirlik açmasının ildönümünü və fələstinlilərin qeyd etdiyi Nakba Gününü (15 may) seçə biləcəyi qeyd edilib.

ABŞ vətəndaşlarını daha diqqətli olmağa səsləyib.

Gülnar Qafarlı