Ötən gün İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı yarışmasının ilk yarımfinal mərhələsi keçirilib.

Open.az xəbər verir ki, finala 17 ölkənin nümayəndələrindən Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri yüksəlib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da ikinci yarımfinalda "Truth" mahnısı ilə çıxış edəcək.

Gülnar Qafarlı