Bu gün səhər dünyasını dəyişən Rusiyanın məşhur aktrisası, RSFSR Xalq artisti İrina Skobseva, mərhum əri Sergey Bondarçukla eyni gündə vəfat edib.

Open.az xəbər verir ki, bu barədə mərhum sənətkarın ailə üzvləri məlumat verib.

Sergey Bondarçuk və İrina Skobsevanın oğlu, tanınmış rejissor Fyodor Bondarçuk, 26 il əvvəl məhz bu gün atasını itirdiyini və nə qədər də ağır olsa da, bu gün səhər də anasının vəfat etdiyini açıqlayıb.

Sevimli valideynlərinin biri-birinə qovuşduğunu söyləyən Fyodor Bondarçuk, ailəsi ilə hər zaman qürur duyduğunu ifadə edib.

Qeyd edək ki, SSRİ Xalq artisti Sergey Bondarçuk 26 il əvvəl, 1994-cü il oktyabrın 20-də 75 yaşında vəfat edib.

Ülviyyə Həsənqızı

Ərinin vəfatından 26 il sonra eyni gündə dünyadan köçən aktrisaƏrinin vəfatından 26 il sonra eyni gündə dünyadan köçən aktrisaƏrinin vəfatından 26 il sonra eyni gündə dünyadan köçən aktrisaƏrinin vəfatından 26 il sonra eyni gündə dünyadan köçən aktrisaƏrinin vəfatından 26 il sonra eyni gündə dünyadan köçən aktrisa