Rusiyanın "Tutu.ru" səyahət şirkəti 2018-ci ilin ən ləzzətli yemək təqdim edən hava yolu şirkətlərinin siyahısını açıqlayıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Özbəkistan Hava Yolları yer alıb.

Özbəkistan Hava Yollarını kiçik bir fərqlə Azərbaycan Hava Yolları və Türk Hava Yolları izləyib.

Sərnişinlər ən çox bu şirkətlərin təqdim etdiyi yemək seçimində çeşidlərin, porsiyaların böyük və spirtli içkilərin olmasını bəyənib.

Bundan əlavə Azərbaycan Hava Yollarının təqdim etdiyi salatlar, quru meyvələr və müxtəlif şirniyyatlar sərnişinlərin xüsusi diqqətinə səbəb olub.

İlk beşlikdə Almaniyanın "Lufthansa" və Qazaxıstanın "Air Astana" aviaşirkətləri yer alıb. "Air Astana"nın fərqli ölkələrin ənənəvi xüsusiyyətlərini nəzərə alaraq yemək hazırladığı bildirilib.

Gülnar Qafarlı