Türkiyənin görkəmli aktyoru, ölkəsinə nüfuzlu Emmi mükafatını qazandıran Haluk Bilginerin baş rolunu ifa etdiyi "Şəxsiyyət" çoxseriyalı filminin Meksika variantı ekranlaşdırılır.

Open.az xəbər verir ki, "Şəxsiyyət" çoxseriyalı filmində Agah Bəyoğlu obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyasında Emmi mükafatını qazanan, Haluk Bilginerin ifasında sevilən filmin Meksika variantının çəkilişlərinə fevralda start veriləcək.

Meksika və Türkiyənin müştərək layihəsi olan "El Asesino Del Olvido" adını daşıyacaq filmin baş rollarında Meksikanın tanınmış aktyorları Damian Alcazar Paulina Gaitan çəkiləcək.

Filmin rejissoru Emmi mükafatının digər sahibi, meksikalı kinorejissor Ernesto Contreras olacaq.

Qeyd edək ki, Türkiyədə böyük səs-küyə səbəb olan "Şəxsiyyət" filminin süjet xətti Altsheymer xəstəsi olan Agah Bəyoğlunun keçmişdə baş verən ağır cinayətin izinə düşməsi və günahkarları cəzalandırmasından bəhs edir.

ÜLVİYYƏ HƏSƏNQIZI

Emmi mükafatını qazanan türk aktyorunun filmi Meksida çəkiləcək