Tanınmış dirijor,Əməkdar mədəniyyət işçisi, Şirin Rzayev vəfat edib

Open.az xəbər verir ki, 1942-ci ildə Gəncədə anadan olan musiqiçi 1968-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor-dirijorluğu fakültəsini əla diplomla bitirib.

1968-1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərib. 1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə Simfonik Orkestr yaradıb və onun baş dirijoru kimi 1980-ci illərin sonunadək fəaliyyət göstərib.

Şirin Rzayev 1995-ci ildən 2011-ci ilədək Gəncə Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı

Tanınmış dirijor vəfat edib