Azərbaycanın Əməkdar artisti, YUĞ Teatrının görkəmli sənətkarı Gülzar Qurbanova ömrünü həsr etdiyi sənətinə -Teatra olan sonsuz sevgisini dilə gətirib.

Open.az xəbər verir ki, Gülzar Qurbanova sevərək ifa etdiyi Medeya obrazının fikir və düşüncələrini Teatrla başlayaraq, belə yazıb: "Teatr mənim üçün artıq oyun deyil. O, həyatımın mənasına, etiraza, qiyama, vəziyyətdən çıxış yoluna cevrilib. Hər dəfə ümidsizləşəndə o mənə ümid verir, gəmi qəzasına düşənlərin sahilə üzüb çıxa bildiyi taxta parcasına cevrilir. "Medeya" tamaşasında deyildiyi kimi "Aktyor hər dəfə yenidən doğulan amma gözə görünən bir ruhdur" Xülasə: 25 yanvar saat 19.00 "Yuğ" teatrında "MEDEYA" tamaşası olacaq. Dəlicəsinə sevən Medeya həm nifrət edən həm də sevgisi naminə hər şeyə qadir olan..." deyən Əməkdar artist Gülzar Qurbanova hər kəsi yanvarın 25-də "Medeya. Sekvensiya 001" tamaşasına baxmağa dəvət edib.

Xatırladaq ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova Gülzar Qurbanova ifa edəcəklər.

Ülviyyə Həsənqızı

Əməkdar artistin etirafı: Teatr mənim üçün artıq oyun deyil

Əməkdar artistin etirafı: Teatr mənim üçün artıq oyun deyil