Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Zeynalovaya ağır itki üz verib.

Open.az az xəbər verir ki, Vəfa Zeynalovanın qardaşı Gülhüseyn dünyasını dəyişib.

Bu barədə aktrisanın qrup yoldaşı və yaxın dostu Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə mərhumun yas mərasimi dekabrın 12-də Mehdiabad qəsəbəsində Mərasim evində keçiriləcək.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı