Yanvarın 31-də Akademik Musiqili Teatrda dünya şöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyası yenidən nümayiş olunacaq.

Open.az xəbər verir ki, əsərdə ağlasığmaz sevgi oyunlarından bəhs edilir. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.

Teatrın rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediyanın ilk nümayişi 2011-ci ilin oktyabrın 1-də oynanılıb və o vaxtdan indiyə qədər tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.

“Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar –Rauf Babayev, Emil Heydərov,
Firuz Məmmədov, Yuliya Heydərova Eleonora Mustafayeva
və Valeriya İsgəndərova ifa edəcəklər.

Qeyd edək ki, Eleonora Mustafayeva “Fransızsayağı qarnir”-də Jaklin obrazını ilk dəfə canlandıracaq.

Xatırladaq ki, Eleonora Mustafayeva tanınmış teatr rəssamı Mustafa Mustafayevin həyat yoldaşı, Əməkdar artist Almaz Mustafayevanın gəlinidir.

Eleonora Mustafayeva ilk dəfə “Fransızsayağı qarnir”-də çıxış edəcək