Böyük Britaniyada XX əsrin əfsanəvi rok qrupu Queen-in şərəfinə pul vahidi- xatirə pul sikkələri buraxılıb.

Open.az xəbər verir ki, bu barədə qrupun üzvü, gitara ifaçısı Brayan Mey çəkdiyi videoçarx vasitəsilə məlumat yayıb.

Dəmir pul vahidi "Musiqinin əfsanəsi" seriyasından buraxılan ilk sikkələrdir. Bir tərəfində Britaniya şahzadəsi II Yelizavetanın, o biri üzündə isə Queen qrupunun adı həkk edilib.

Qeyd edək ki, hər kəsin xatirə olaraq əldə edə biləcəyi dəmir sikkələrin ilkin qiyməti 17 dollardan başlayıb, 2623 dollara qədər yüksəlib.

Xatırladaq ki, Queen rok qrupu 1970-ci ildə, Brayan Mey, Rocer Teylor Freddi Merkuri tərəfindən yaradılıb. 70-ci illərin sonlarında məşhurlaşan qrup 1999-cu ildə "Music of the Millenium" sorğusunda ən yaxşı ikinci qrup seçilib. Queen qrupunun 18 albomu 18 sinql 8 DVD-si dünya üzrə məşhurluq qazanıb və 300 milyon albomu satılıb.

Ülviyyə Həsənqızı

Əfsanəvi qrupun şərəfinə pul vahidi buraxılıb