Bu gün dünyanın ən uzun birbaşa uçuş reysi Sinqapur-Nyu-York səfəri reallaşıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Sinqapur Hava Yolları bahalı hala gəlməsi səbəbindən beş il əvvəl ləğv etdiyi uçuş reysini bu gün yenidən istismara verib. Uçuş zamanı 19 min kilometrdən artıq yol qət ediləcək. Səfər orta hesabla 18 saat 25 dəqiqə davam edəcək.

Qeyd edək ki, digər ən uzun uçuş reysləri "America United" Hava Yolları tərəfindən həyata keçirilir. Belə ki, Hyuston-Sidney səfəri 17 saat 20 dəqiqə, Los Anceles-Sinqapur səfəri 17 saat 15 dəqiqə davam edir.

Gülnar Qafarlı