Dünyanın ən məşhur geyim markası İtaliyanın "Gucci" brendi olub.

Open.az xəbər verir ki, bu barədə "İndepent" "Lyst" platformasının tədqiqatına istinadən məlumat yayıb.

"Lyst" mütəxəssisləri dünyadakı 12 min internet mağazasında 6 milyon istifadəçinin online alış-verişini araşdırıb.

Şirkətin rüblük hesabatına əsasən, "Gucci" ən tələbatlı marka olub.

Məlum olub ki, istifadəçilər tez-tez "Gucci Soho Disco" klassik çanta və geyim istehsalçısının loqosu olan kəmər axtarıblar.

Gülnar Qafarlı