Avropanın ilk sualtı restoranı Norveçin Lindesnes şəhərində açılıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənub sahilindəki restoranın ən təəccüblü xüsusiyyəti, Şimal dənizinə açılan 36 kvadratmetrlik böyük bir pəncərənin olmasıdır.

Sahibi tərəfindən dünyanın ən böyük restoranı kimi inşa edilən restoranda dəniz məhsulları 5 metr su altında servis edilir. Restoran müdiri Stiq Ubostad jurnalistlərə daçıqlamasında, restoranın Avropada ən böyük və tək olduğunu bildirib.

Restoran Osloda bir çox estetik binanın memarı olan memar Snhetta tərəfindən inşa edilib.

26 sm qalınlıqda olan pəncərəsi fırtınaya qarşı dayanıqlı şəkildə dizayn edilib. Restoranda həftədə 5 gecə 40 fərqli yemək xidməti veriləcək.

Gülnar Qafarlı