Milyarder Ceff Bezosun "Amazon" şirkəti dünyanın ən bahalı şirkəti reytinqinə başçılıq edib.

Open.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Şirkətin bazar kapitallaşdırması 796 milyard dollardan çox olub.

İkinci yerdə 789 milyard dollarla "Microsoft" qərarlaşıb. Üçüncü pillədə isə tərkibinə "Google"un daxil olduğu "Alphabet" şirkəti yer alıb.

Onları 702 milyard dollarla "Apple" izləyir.

Gülnar Qafarlı