Azərbaycan Milli Konservatoriyasında dünya şöhrətli norveçli dirijor, məşhur Skruk xorunun yaradıcısı və bədii rəhbəri, "Prots" ləqəbi ilə tanınan Per Oddvar ustad dərsrləri keçəcək.

Open.az xəbər verir ki, həftəlik proqram əsasında təşkil edilən ustad dərslərinə noyabrın əvvəlində start veriləcək.

Qeyd edək ki, norveçli dirijor Per Oddvar ilə Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kəriminin uzun illərə dayanan dostluq və yaradıcılıq münasibətləri var.

Ülviyyə Həsənqızı