İtaliyanın məşhur bəstəkarı, əsərləri bütün dünyada tanınan Ennio Morrikone vəfat etdi.

Open.az xəbər verir ki, 91 yaşlı bəstəkarın ölüm xəbəri bu dəqiqələrdə yayılıb.

E.Morrikone bir müddət əvvəl yıxılıb və ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Məşhur bəstəkar bu səhər Romada, xəstəxanaların birində dünyasını dəyişib.

Ennio Morrikonenin musiqiləri ən məşhur filmlərin leytmotivinə çevrilib. "Sprut" serialı, "Bir dəfə Amerikada", "Usta və Marqarita 400-dən çox filmlərin, onlarla simfonik əsərlərin müəllifi olan məşhur bəstəkar illər öncə Bakıda səfərdə olub və Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, E.Morrikone 2007-ci ildə dünya kino sənətinə xidmətlərinə görə "Oskar" mükafatının sahibi olub.

Ülviyyə Həsənqızı