Görkəmli italyan kinorejissoru, 5 Oskar mükafatı laureatı, Kann Kinofestivalın "Qızıl Palma budağı" mükafatının sahibi Federiko Fellininin 100 illik yubileyidir.

Open.az xəbər verir ki, 2020-ci il İtalyada Federiko Fellininin yubiley ili kimi qeyd ediləcək.

Yubiley tədbirlərinə ilk olaraq İtalyanın Rimini şəhərindən başlanılıb. Belə ki, böyük kinorejissorun doğulduğu Rimini şəhərindəki hava limanı onun adını daşıyır.

Federiko Fellini 1920-ci ildə İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini şəhərində dünyaya gəlib. İlk təhsilini katolik məktəbində alıb. Federiko Fellini 73 illik ömür yolunda bir çox peşələrlə məşğul olub. 23 yaşında isə qəti qərara gəlib ki, mütləq kinorejissor olacaq.

1945-ci ildə italyan neorealizminin öncülü - Roberto Rosselini ilə tanış olur. Rosselini "Roma – açıq şəhər" filminin ssenarisini yazmağı Federikoya təklif edir. Film həmin il Kann Festivalının baş mükafatını qazanır. Daha sonra Roberto Rosselini və Federiko Fellini ikilisi bir neçə film çəkirlər.

F.Fellinin kinorejissor kimi ilk işi "Varyete işıqları" filmi olur. nı çəkir. Lakin rejissoru ilk dünya şöhrətini 1954-cü ildə ekranlaşdırdığı "Yol" - "Bitməyən küçələr" filmi gətirir. Filmdə baş rolu Cülyetta Mazina ifa edir və Federikonun sonrakı həyatında Cülyetta əsas obrazda - Federiko Fellinin həyat yoldaşı simasında çıxış edir. Cülyetta, həqiqətən də Federikonun ömür yolunda əsas qadın olur. 50 il Cülyetta Mazina ilə ömür-gün yoldaşı olan böyük rejissor, "Kabiriyanın gecələri", "Şirin həyat", "Səkkiz yarım", "Cülyetta və ruhlar" və.s. filmlərdə ömür-gün yoldaşı onun əsas aktrisasına çevrilir.

Ümumilikdə 25 filmə imza atan kinorejissor son filmini 1990-cı ildə ekranlaşdırır.

1993-cü il oktyabrın 31-də böyük Federiko Fellini vəfat edir. Fellinini Rimni şəhərində dəfn edirlər. Dünya kinosunun tanınmış insanları kino tarixini iki dönəmə- "Fellini öncəsi" və "Fellini sonrası" deyə ayırırlar. Həqiqətən də Federiko Fellini dünya kinosunun ustadıdır, öncülüdür.

Federiko Fellinin vəfatından 5 ay sonra, 1994-cü il martın 23-də Cülyetta Mazina da dünyasını dəyişir.

Ülviyyə Həsənqızı