"Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi".

Bu fikirləri zamanında dünya ədəbiyyatının nəhənglərindən biri olmuş, Dahi rus yazıçısı Lev Tolstoy A.P.Çexov haqqında deyib.

Ötən gün Antоn Pavloviç Çeхоvun vəfatından 115 il ötüb.

Dahilər az yaşayıb, çox yaradır. Bu fikirlərə Çexov haqqında düşünəndə bir daha əmin oluram.

Anton Pavloviç Çexov 1860-cı il yanvarın 29-da (bəzi mənbələrdə 17-də) anadan olub.

Dünya ədəbiyyatının klassiki sayılan A.P.Çexov ixtisasca həkim olub. Həkim olsa da yazıçı kimi daha böyük şöhrət qazanıb. Əsərləri 100 dildə çap olunub. "Qağayı", "Üç bacı" , "Albalı bağı", "İvanov", "Banya dayı" kimi pyesləri bir əsrdir dünyanın sayılıb-seçilən teatr səhnələrində tamaşaya qoyulur.

Çexov 25 illik yaradıcılıq həyatı ərzində 500-dən çox irili-xırdalı əsər yazıb.

A.P.Çexov yazıçı-dramaturq kimi klassik rus ədəbiyyatının ən yaxşı nümunələrini yaradıb.

Çexov həkim olsa da səhhəti ilə hər zaman problemlər yaşayıb. 24 yaşından vərəm xəstəliyinə düçar olan yazıçı, uzun illər bu xəstəliklə mübarizə aparıb. Amma tarixi faktlarla sübut olunub ki, A.P.Çexov vərəmdən deyil, beyninə qan sızmasından vəfat edib.

115 ildir həyatda olmayan, 44 il ömür yaşayan Dahi Çexovu bu gün bütün dünya tanıyır. Onun əsərləri sevə-sevə oxunur, pyesləri dünya səhnələrini fəth etməkdə davam edir.

Dahilərin ömür yolu qısa, yaratdıqları mənalı və əbədi olur.

Ülviyyə Həsənqızı

Dünya ədəbiyyatının dahisi: Çexovun vəfatından 115 il ötür