Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı görkəmli yazıçı, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun doğum günü ilə əlaqədar “Dramaturgiyamızın banisi” başlığı altında virtual sərgi təşkil edib.

Open.az xəbər verir ki, virtual sərgidə yazıçının həyat və yaradıcılığından bəhs edən fotoşəkillər nümayiş olunub.

Sərgi oxucular tərəfindən maraqla qarşılanıb.