Türkiyənin Malatya şəhərində yaşayan, 9 yaşından dəmirçiliklə məşğul olan, tanınmış usta Yusuf Bayyiğit son zamanlar bir çox insanların qılınclara xüsusi meyl etdiyindən danışıb.

Open.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Sənətçisi Fəxri titulunu daşıyan dəmirçi Yusuf, qılınc satışlarının yüzdə 500 artmasının səbəbini tarixi serial və filmlərin nümayişi ilə əlaqələndirib. Uzun illərdir tarixi qılınc və xəncərlərin bənzərini hazırlayan Yusuf Bayyiğit, son zamanlar işlərinin ikiqat artığını söyləyib.

Dövlət Sənətçisi adını daşıyan fəxri dəmirçi: Tarixi filmlərdən sonra hamı qılınc alır

Malatyada tanınmış dəmirçi emalatxanası olan Yusuf Bayyiğit, Suriyanın Şam şəhərində kəşf edilən "Damascus dəmiri" adlanan metaldan serial və filmlərdə istifadə edilən qılıncları hazırlayır.

Tarixi janrda çəkilən serial və filmləri ekranlaşdıran rejissorlar, həmçinin aktyorlara minnətdar olan mahir usta, ata-babasından qalan məsləyi bundan sonra da davam etdirəcəyini bildirib.

Ülviyyə Həsənqızı

Dövlət Sənətçisi adını daşıyan fəxri dəmirçi: Tarixi filmlərdən sonra hamı qılınc alır