Amerikanın tanınmış bəstəkarı və müğənnisi Doktor Con təxəllüsü ilə tanınan Malkolm Con Rebennek vəfat edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 77 yaşlı musiqiçi ürək tutmasından sonra dünyasını dəyişib.

Doktor Con "Qremmi" mükafatının 6 qat sahibi, "Rok-en-roll" Zalının Fəxri üzvü olub.

Müğənnini caz, blyuz, rok və rok-en-roll janrının ən parlaq nümayəndəsi hesab edirlər.

20-dən çox musiqi albomu buraxan məşhur müğənnini 2011-ci ildə "Rok-en-roll" un "Şöhrət Zalı"nın Fəxri ulduzu elan ediblər.