Rejissor Murad Əbiyevin ekranlaşdırdığı "Dəniz suyu içən it" (The Salty Sea Dog) qısametrajlı filmi ABŞ-nın Los-Anceles şəhərində keçirilən DaVinçi kinofestivalında Vitruvian Award Beynəlxalq mükafatına layiq görülüb.

Open.az xəbər verir ki, mükafat Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub.

"Dəniz suyu içən it" qısametrajlı filmi 2017-ci ildə "Nərimanfilm"kinokompaniyasında ekranlaşdırılıb.

Filmin prodüsseri Nəriman Məmmədov, quruluşçu rejissoru Murad Əbiyev, ssenari müəllifi Lalə Əliyeva-Kliçkova, quruluşçu operatoru Kirill Gerra, icraçı prodüserləri Emin Quliyev, Lalə Əliyeva (Klıçkova), istehsalat müdiri isə Rüstəm Şəfiyevdir.

Süjet xətti qadın həyatında xəyanət və ağrı üzərində qurulan qısametrajlı filmdə rolları Azər Aydəmir Natəvan Hacıyeva ifa edib.

Xatırladaq ki, ekran əsəri bu günədək bir neçə festivalın qalibi olub.

"Dəniz suyu içən it" filmi “Calcutta İnternational Cul” film festivalında “Qadınlar haqqında film” kateqoriyasında ən yaxşı qısametrajlı film, həmçinin “Women's Only Entertainment” film festivalının əsas müsabiqə bölümünün də iştirakçısı olub.

Ülviyyə Həsənqızı