Türkiyədə yaşayan ingilis dili müəllimi, 32 yaşlı Mihriban Menteş özünə gözəl və maraqlı məşğuliyyət tapıb.

Open.az xəbər verir ki, uşaqlıqdan rəsssamlığa marağı olan Mihriban Menteş, Hatay vilayətində doğulub. Ailəsi rəssam kimi təhsil almasına icazə verməyib. Məhz bu səbəbdən ingilis dilini öyrənən M.Menteş, 2013-cü ildə ailə həyatı quraraq İstanbula köçüb. Oğlu dünyaya gəldikdən sonra isə ürəyində qalan arzusuna rəssamlığa qovuşub.

Çörəyini daşdan çıxaran rəssam-FOTO

Mihriban Menteş rəsm çəkmək üçün kağızdan imtina edib. Gözəl əl işlərini daşlar üzərində yaradıb.

Daşlardan tablo kimi istifadə edən rəssam, əsərlərini əl işləri satılan internet səhifəsinə yerləşdirib və ilk sifarişini Amerikadan alıb. Beləliklə də, gənc rəssamın əl işləri Türkiyənin hüdudlarını aşaraq, Amerika, İngiltərə, Almaniyada yayılıb.

Çörəyini daşdan çıxaran rəssam-FOTO

Əsərlərini yaratdığı daşları məmləkəti Hataydan gətirdiyini deyən istedadlı rəssam, tətilə getdiyi yerlərin dəniz kənarından daş topladığını da söyləyib.

Mihriban Menteş onun etdiyi işi, hər qadının bacara biləcəyini də deyib.

Ülviyyə Həsənqızı

Çörəyini daşdan çıxaran rəssam-FOTO