Rejissor Şamil Əliyevin ekranlaşdırdığı “Çölçü" filmi növbəti mükafatı qazanıb.

Open.az xəbər verir ki, Beynəlxalq kino ekspertlərdən ibarət Münsiflər heyəti “Çölçü” filmini WHITE UNICORN NTERNATIONAL FILM FESTIVAL İyul – Avqust 2019 (Hindistan) müsabiqəsində Ən Yaxşı Bədii Film (Xarici Dil) Mükafatına layiq görülüb və mükafat sertifikat və qızıl suyuna çəkilmiş heykəl fiqurla təsdiq olunub.

Mükafatın təqdim etmə mərasimi avqustun 11-də Hindistanın Kolkata şəhərinin - Rotary Sadan klubunda baş tutub. Filmin rejissoru Şamil Əliyev mərasimə video müraciətlə qatılıb.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-a qədər müxtəlif mükafatlara layiq görülüb.

“Çölçü” ümumilikdə bi neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Ən yaxşı aktyor”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Salome Demuria, Cavidan Məmmədov və başqaları çəkiliblər.