Məşhur ABŞ-lı aktyor, parodiyaçı, ssenarist və prodüser Cim Kerri yenə çox müzakirə ediləcək bir paylaşıma imza atıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Kerri səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı "Twitter" hesabında karikatura dərc edib.

Karikaturada səudiyyəli şahzadə Məhəmməd ibn Salman onun qolunu kəsən bir adamla görüntülənib.

O, şəkilə belə şərh verib: "Tramp kimi əzazil insanlar üzündən ötən il 34 jurnalist öldürülüb. Bəlkə bu il səudiyyəli dostundan yeni mişar alacaq və növbəti bədəni birlikdə kəsəcəklər".

Gülnar Qafarlı

Cim Kerridən çox danışılacaq Camal Qaşıqçı karikaturası - FOTO