Suriyanın Hələb şəhərində yağmalanmış muzeydən oğurlanan "İncil" Türkiyənin Qaziantep şəhərində ələ keçirilib.

Open.az xəbər verir ki, ceyran dərisi üzərində yazılmış "İncil"in 1 milyon dollar dəyərində olduğu iddia edilib.

"İncil"i satmaq istəyərkən yaxalanan 3 nəfər polis idarəsinə gətirilib.

Qeyd edək ki, "İncil"in Həzrəti Məryəm dövründən qaldığı və ceyran dərisi üzərində ivrit dilində yazıldığı bildirilib.

Ülviyyə Həsənqızı

Ceyran dərisi üzərində yazılan 1 milyonluq İncil