Mayın 22-də Nizami Kino Mərkəzində “Balans” milli rəqəmsal studiyasında bərpa edilmiş, görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər şərçivəsində “Mateo Falkone” filmi yeniləşmiş versiyada tamaşaçılara təqdim olunacaq.

Open.az xəbər verir ki, Prosper Merimenin novellası əsasında çəkilmiş film milli kinomuzun qızıl fonduna daxil edilib.

Filmin yaranmasında Tofiq Tağızadə, Rasim Ocaqov, Kamil Nəcəfzadə, Qara Qarayev, Rüfət Şabanov, Niyazi, Nodar Şaşıqoğlu, Tamilla Ağamirova, Ceyhun Mirzəyev, Anatoli Falkoviç və Hacımurad Yegizarov kimi Azərbaycan mədəniyyəti və kinosunun dahi simaları öz töhvələrini veriblər.

Ceyhun Mirzəyevin çəkildiyi film yeni versiyada təqdim olunacaq