Prezident İlham Əliyev Cənnət Səlimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Open.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova “Şərəf” ordeni ilə təltif edilsin.