“Mən bir Azərbaycan vətəndaşı və Azərbaycan bəstəkarı olaraq, 3 böyük tarixi mövzuda “Oğuznamə” (2006), “Daşqın-Nuhun gəmisi” (2010), “Qızıl İrmaq” (2015) balet əsərlərinin müəllifiyəm. Güman edirəm ki, bu əsərlərin ən azından birini Vətənimdə səhnələşdirilməsi Azərbaycan hakimiyyətinin tez-tez söylənilən milli incəsənətə qayğısının bir təzahürü ola bilər. Bu, həm də mənim haqqımdır!”.

Open.az xəbər verir ki, bu sözləri Azərbaycanın əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri Fakültəsinin professoru Cavanşir Quliyev sosial şəbəkə hesabında yazıb.

O, prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündən sonra sözügedən addımı atıb.

Ülviyyə Həsənqızı