Azərbaycan teatr və kinosunun görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi, Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Türkiyənin nüfuzlu "Tiyatro" qəzetinə müsahibə verib.

Open.az xəbər verir ki, Cahangir Novruzov 2020-ci ilin son ayında Türkiyənin tanınmış teatr nəşrinə verdiyi "Qəlbdə sevgi olmadan yaratmaq imkansızdır, sənət sevginin əsəridir" başlıqlı müsahibəsində, türk oxucusunun teatrla, sənətlə bağlı bütün suallarını cavablandırmış olub.

"Tiyatro" qəzetinin müxbiri Gökhan Yenerin hazırladığı müsahibədə Cahangir Novruzov, maraqlı məqamları açıqlayıb, teatr sənəti ilə bağlı dəyərli fikir və düşüncələrini türk oxucusunun diqqətinə çatdırıb.

Qeyd edək ki, ötən gün dərc olunan geniş müsahibəni "Tiyatro qazetesi"nin 117-ci aralıq (dekabr) sayında izləmək mümkündür.

Ülviyyə Həsənqızı


Cahangir Novruzov: Qəlbdə sevgi olmadan yaratmaq imkansızdırCahangir Novruzov: Qəlbdə sevgi olmadan yaratmaq imkansızdırCahangir Novruzov: Qəlbdə sevgi olmadan yaratmaq imkansızdırCahangir Novruzov: Qəlbdə sevgi olmadan yaratmaq imkansızdır